Türkiyə Super Liqasında 36-cı tura yekun vurulub.
Sportal.az xəbər verir ki, eyni saatda baş tutan oyunlardan lider "Qalatasaray" öz meydanında "Kayserispor"u qəbul edib. Matç meydan sahiblərinin 3 cavabsız qolu ilə yekunlaşıb.
Bununla da sona 2 tur qalmış "Qalatasaray" 2-ci yerdə gedən "Fənərbaxça" ilə 8 xallıq fərq yaradaraq ardıcıl 3-cü dəfə çempion adını qazanıb. Bu İstanbul təmsilçisinin 25-ci çempionluğudur.
saytlarin hazirlanmasi