Xabi Alonso Rodriqoya "Real"ın start heyətində yer tapmır
Sportal.az xəbər verir ki, AS nəşrinin məlumatına görə, "Real"ın yeni baş məşqçisi Xabi Alonso iki hücumçu ilə oynamağı planlaşdırır. Bu mövqelərdə isə Kilian Mbappe və Vinisius Junior çıxış edəcək.
Cinahlarda yarımmüdafiəçi kimi isə Cud Bellinqem (sol cinah) və Arda Gülər (sağ cinah) oynayacaq.
Bu taktiki sxemdə Rodriqoya start heyətində yer düşmür. Məlumata görə, braziliyalı futbolçu artıq komandadan ayrıla bilər, lakin hələlik heç bir qərar verilməyib. Rodriqo əvvəlcə Xabi Alonso ilə danışmaq, sonra isə gələcəyi ilə bağlı qərar vermək istəyir.
saytlarin hazirlanmasi