Mahir Emreli Almaniya 2-ci Bundesliqasının 34-cü turunun "Aynraxt"la (Braunşveyq) matçında het-trik edib.
Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu oyundan sonra "Bild" nəşrinə açıqlama verib. 28 yaşlı futbolçu "Nürnberq" forması ilə son matçında 3 qol vurmasına sevindiyini bildirib:
"Nürnberq" karyeram qısa, lakin çox gözəl idi. İndi başa çatması üzücüdür. Amma bu şəkildə vidalaşa bildiyim üçün şadam".
"Nürnberq"lə müqaviləsi başa çatan Mahir gələcəyi haqda danışıb. Təcrübəli futbolçu hələ qərarını vermədiyini bildirib:
"Agentimə dedim ki, məni mövsümün sonunadək tək buraxsın. Hələ heç nə qərarlaşdırılmayıb. Son günədək bütün diqqətimi "Nürnberq"ə yönəltmək mənim üçün vacib idi".
saytlarin hazirlanmasi