"Real" Benfika"nın futbolçusu ilə ilkin razılıq əldə etdi - məbləği azaltmağa çalışır

00:02 - 20 May 2025

Alvaro Fernandez Karreras “Real"a keçməyə hazırdır.

Sportal.az xəbər verir ki, "Sky Sport"un məlumatına görə, Madrid klubu 22 yaşlı sol cinah müdafiəçisi ilə prinsipial razılığa gəlib. Komandanın yaxın günlərdə baş məşqçisi olacaq Xabi Alonso məhz onu bu mövqedə görmək istəyir.

“Real”ın rəhbər nümayəndələri Xuni Kalafat və Xose Anxel Sançes artıq portuqaliyalılarla danışıqlara başlayıblar. Klub oyunçunun 50 milyon avroluq sərbəst qalma məbləğini azaltmağa çalışır.

Qeyd edək ki, geridə qalan Portuqaliya çempionatı mövsümündə Karerras 32 oyuna çıxaraq 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Xəbər xətti