Vüsal İsgəndərli oynadı, komandası pley-off matçında məğlub oldu

23:39 - 19 May 2025

Türkiyədə futbol üzrə Süper Liqaya vəsiqə uğrunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” doğma meydanda “Bandırmaspor”la qarşılaşıb. Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. İsgəndərli oyuna 71-ci dəqiqədə, hesab 1:3 olarkən daxil olub.

Qeyd edək ki, cavab oyunu 23 may Bakı vaxtilə saat 17:00-da keçiriləcək.

Xəbər xətti