"Qızıl top" mükafatının təqdimetmə mərasiminin vaxtı bəlli oldu

22:42 - 19 May 2025

"Qızıl top" mükafatı bu il sentyabrın 22-də təqdim olunacaq.

Sportal.az xəbər verir ki, "France Football" jurnalının təşkil etdiyi və dünyanın ən yaxşı futbolçusuna verilən ənənəvi mükafatın 69-cu təqdimat mərasimi Parisdəki "Şatle" teatrında baş tutacaq.

Bu il mükafat 2024/25 mövsümünün nəticələrinə əsasən təqdim olunacaq.

Xatırladaq ki, ötən il bu nüfuzlu mükafatı "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri qazanmışdı.

Xəbər xətti