İspaniya Superkubokunun bütün iştirakçıları müəyyənləşib.
Sportal.az xəbər verir ki, turnir adətən La Liqada ilk iki yeri tutan komandalarla İspaniya Kubokunun iki finalçısından ibarət olur. Lakin bu mövsüm həm La Liqanın ilk iki pilləsində, həm də Kubokun finalında "Barselona" və "Real" yer alıblar. Hər iki turnirin qalibi isə "Barselona" olub.
Buna görə də Superkubokda bu iki kluba əlavə olaraq La Liqanı 3-cü və 4-cü yerdə tamamlayan komandalar – "Atletiko" və "Atletik" də qatılacaq.
Yarımfinal cütlükləri belədir:
"Barselona" – "Atletik"(Bilbao)
"Real"(Madrid) – "Atletiko"(Madrid)
Oyunlar 2026-cı ilin yanvarında Səudiyyə Ərəbistanında baş tutacaq.
saytlarin hazirlanmasi