"Liverpul"u "Atletiko"ya dəyişə bilər

20:55 - 21 May 2025

"Liverpul"un hücumçusu Darvin Nunes karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Atletiko" uruqvaylı forvardı transfer etmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Nunes Madrid klubuna keçməyə isti yanaşır. Klublar anlaşsa, keçid yayda baş tutacaq.

Qeyd edək ki, "Liverpul" 2022-ci ilin yayında "Benfika"dan transfer edib. 25 yaşlı forvard bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti