Qadınlardan ibarət Azərbaycan milli komandasının və Rusiyanın “Zenit” klubunun müdafiəçisi Nigar Mirzəliyeva Superliqanın 10-cu turunun rəmzi komandasına daxil edilib.
Sportal.az xəbər verir ki, bu barədə turnirin sosial şəbəkələrində məlumat verilib.
Onu da əlavə edək ki, Mirzəliyeva “Zvezda-2005”lə (1:0) oyunda 90 dəqiqə meydanda olub.
Nigar əvvəllər də 8-ci turun rəmzi komandasına daxil edilmişdi.