Rodriqo karyerasını Premyer Liqada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Çelsi" bu yay "Real"ın 24 yaşlı vingeri üçün transfer təklifi etməyi nəzərdən keçirir. Hazırda London klubu futbolçunun ətrafında baş verən vəziyyəti diqqətlə izləyir.
Bununla belə, ingilislər artıq oyunçunun nümayəndələri ilə əlaqə saxlayaraq mümkün keçidin real olub-olmadığını öyrəniblər.
Bu mövsüm Rodriqo bütün turnirlərdə 50 oyunda iştirak edib, 13 qol vurub və 10 qol ötürməsi edib.
saytlarin hazirlanmasi