"Brayton" Braziliya millisinin üzvü üçün 70 milyon avro tələb edir

20:06 - 21 May 2025

"Brayton"un hücumçusu Joao Pedro yayda komandadan ayrıla bilər.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu Premyer Liqanın böyük klublarının diqqət mərkəzinə düşüb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Brayton" forvardı satmağın əleyhinə deyil. Klub 23 yaşlı hücumçu üçün 70 milyon avro tələb edir.

Qeyd edək ki, Joao Pedro bu mövsüm "Brayton"un heyətində meydana çıxdığı 30 rəsmi matçda 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliya millisinin üzvünün "qağayılar"la müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti