İnzaqi: "4 il əvvəl başlamış yolumuzu zirvəyə çatdırmaq istəyirik"

23:52 - 21 May 2025

"İnter"in baş məşqçisi Simone İnzagi Çempionlar Liqasının finalı barədə fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis 31 mayda baş tutacaq həlledici oyunda “İnter”in rəqibi olan PSJ ilə matçdan danışıb:

"Biz PSJ-ni məğlub edib, 4 il əvvəl başlamış yolumuzu zirvəyə çatdırmaq istəyirik.

Finala gedən yolumuz asan olmadı. Xüsusilə “Barselona” ilə son qarşılaşma hamının yaddaşında qaldı, amma “Bavariya” üzərində qələbə də asan başa gəlmədi. Rəqibimiz yaxşı təşkilatlanmış və fiziki baxımdan güclü komanda idi. Bu, son dərəcə intensiv keçən dörd matç idi.

Biz əla yol keçmişik. İki Çempionlar Liqası finalı – bu, hər birimizin əməyi və fədakarlığı sayəsində mümkün oldu. Hamımız İstanbuldakı oyunu xatırlayırıq. “Mançester Siti” kimi güclü bir komandaya qarşı bərabər səviyyədə oynadıq. Yəqin ki, o matçda əlavə vaxta getməyə layiq idik."

Xəbər xətti