Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qeydə alınıb:
17.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXV turun “Zirə” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Zirə” klubu 800 manat cərimə edilsin (maddə 51.2);
17.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXV turun “Şamaxı” – “Araz-Naxçıvan” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” klubu 700 manat cərimə edilsin (maddə 37);