Qurban Qurbanov: "Bir hissə "Neftçi"nin əfsanələri komandasında oynamaq istəyərdim"

09:49 - 20 May 2025

"Maraqlı oyun alındı. Çoxdandır ki, bu cür atmosferdə, belə şəraitdə oyun oynamamışdıq. Sadəcə ağır idi. Çünki öz formamızdan uzaq idik. Hər bir halda, bir xeyli futbolçuların ustalığını gördük. Çoxdandır görmədiyim futbolçuları da gördüm. Onlarla görüşdük, xeyli zarafatlar etdik, keçmişi yada saldıq. Məncə, hamı üçün maraqlı oyun oldu".

Sportal.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. O, "Premyer Liqa məşqçiləri" və "Neftçi 2000-lər" veteranları arasında keçirilən oyundan danışıb.

Qurban Qurbanov "Neftçi 2000"lərin heyətində də oynamaq istədiyindən söhbət açıb:

"Neftçi"nin əfsanələri komandasında da oynamaq istəyərdim. Bəlkə bir hissə bir, o biri hissə digər komandada oynamaq olardı. Yəqin ki, sistem qurulmuşdu ki, sona qədər belə oynayaq. Nə qədər olmasa məşqçilər birlikdəydik, bəlkə daha uyğunu bu idi. Amma fərqi nədir? Burada hamımız Orxan Məmmədova və onun keçirdiyi turnirə dəstək olmaq üçün gəlmişdik. Hər şey də gözəl və super alındı".

Xəbər xətti