"Real" mövsümün sonunda klublan ayrılacağını açıqlayan Luka Modriçə əvəzləyici axtarır.
Sportal.az xəbər verir ki, madrid klubunun əsas hədəfi PSJ-də uğurlu mövsüm keçirən Vitinyadır. Bu barədə "Marca" nəşri məlumat yayıb.
"Real" yayda portuqaliyalı yarımmüdafiəçi üçün Fransa klubuna təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, PSJ Vitinyanı 2022-ci ilin yayında "Portu"dan transfer edib. 25 yaşlı futbolçu bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 50 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi