Futbol üzrə Azərbaycan 1-ci Liqasında 27-ci- sonuncu tura start verilib.
Sportal.az xəbər verir ki, doğma meydanda "Karvan"ı qəbul edən "Mingəçevir" 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Premyer Liqaya vəsiqəni daha öncədən təmin edən "Karvan" 47 xalla 3-cü, "Mingəçevir" isə 35 xalla 4-cü pillədə qərarlaşıb.
"Mingəçevir" - "Karvan" 2:1
Qollar: A.Usman, 15 (pen), N.Əliyev, 64 - P.Kings, 69
Qırmızı vərəqə: M.Teymurov, 19 ("Karvan")