"Real" gələn həftə Xabi Alonsonu rəsmi olaraq təqdim edəcək.
Sportal.az xəbər verir ki, "Marca" nəşrinin məlumatına görə, Madrid klubu 43 yaşlı mütəxəssisi yeni baş məşqçi kimi bazar ertəsi səhər bazasında təqdim edəcək.
Alonso "Real" ilə 3 illik müqavilə imzalayacaq. O, 2022-ci ilin oktyabrından "Bayer"ə başçılıq edirdi və bu müddətdə komandaya Almaniya çempionluğu və kuboku qazandırıb.
saytlarin hazirlanmasi