Dünyaca məşhur futbol agenti Jorje Mendeş bəyan edib ki, Lamin Yamal bu il "Qızıl top"u qazanacaq:
Sportal.az xəbər verir ki, Yamalın da agentiolan Mendeş bunları qeyd edib:
“O, dünyanın ən yaxşı futbolçusudur və 'Qızıl top'u qazanacaq. Hər kəs bilir ki, bu mükafatı qazana biləcək yeganə oyunçu Lamin Yamaldır. Onunla digər futbolçular arasındakı fərq çox böyükdür.
Bunu yalnız mən demirəm, ətrafdakı hər kəs belə düşünür. 'Barselona'da da bu reallığı anlayırlar.”
Cari mövsüm La Liqada 17 yaşlı Yamal 34 oyunda 9 qol vurub, 13 assist edib. O, İspaniya çempionatının ən çox qol ötürməsi verən oyunçusudur.
saytlarin hazirlanmasi