"Qarabağ"ın futbolçusu Yassin Benzia Azərbaycanda qalıb-qalmayacağına qərar verməyib.
Sportal.az xəbər verir ki, "CBC Sport"a açıqlama verən əlcəzairli futbolçu Ağdam klubu ilə Premyer Liqa çempionluğunu qazanmasından bəhs edib:
"Çox yaxşı mövsüm idi. Biz daha uğurlu çıxış edə bilərdik. Hər mövsüm daha yaxşı çıxış etmək istəyirik. Çox xoşbəxtik ki, növbəti kuboku qazandıq. Hisslər fərqlidir. "Qarabağ"la müqaviləm başa çatır. Yeni mövsüm "Qarabağ"da qalacam, ya yox bilmirəm. Bəlkə də sonuncu Azərbaycan çempionluğumdur. Ona görə fərqli hisslər yaşadığımı deyirəm. "Qarabağ"la danışıqlar gedir. Biz hələ də razılıq əldə etməmişik. Hər şey ola bilər.
Bəzi klublar menecerimlə danışıq aparır. Adları çəkə bilmərəm. Bu, mənim işim deyil. Mənim işim meydana çıxaraq hər matçda qələbə qazanmaqdır. Mövsümün sonunda qərar veriləcək. Hələ ki iki oyun qalıb. Tam fikrim bu oyunlara yönəlib".
O, hazırkı formada olmasına görə Qurban Qurbanova minnətdar olduğunu da deyib:
"Qarabağ"da qalmaq üçün şərtlərim çoxdur. Bunu sizə açıqlaya bilmərəm. Bu, mən və klubum arasına olan məsələdir. "Qarabağ"ı çox sevirəm. Qurban Qurbanov formamı bərpa etməyim üçün mənə çox kömək etdi. "Qarabağ"da qalıb-qalmamağımdan asılı olmayaraq, bu klub hər zaman qəlbimdə qalacaq".
Qeyd edək ki, Benzianın "Qarabağ"la müqavilə müddəti gələn ayın 30-da başa çatacaq.
saytlarin hazirlanmasi