Millimizin qapıçısı: "Biz sakitik, yavaş-yavaş öz hədəfimizə doğru gedəcəyik"

10:34 - 22 May 2025

Azərbaycan minifutbol komandasının qapıçısı Vəli Qafarov Sportal.az saytına müsahibə verib.

- Bəhreynlə görüşdə milli komandamız qələbə qazana bilmədi. Bunu nə ilə əlaqələndirirsən?

- Birinci oyun həmişə ağır olur. Heç nə olmaz. Hədəfimiz final oynamaqdır. Ona görə Bəhreynlə görüşümüzü analiz edib, növbəti matçlara hazırlaşacağıq. 

- Komanda Bəhreynlə görüşə sanki hazır deyildi...

Deməzdim. Təbii ki, azarkeşlərin istəyi hər zaman yüksək olur. Amma komanda üzvü olaraq deyə bilərəm ki, biz sakitik. Öz işimizi bilirik. Futbolda belə şeylər olur.

- Düşünmək olar ki, bütün kartları açmamaq üçün ilk görüşdə belə oynadız?

Sizinlə razıyam. Hər şeyi birdən-birə ortaya qoya bilmərik. Biz favoritlərdən yalnız biriyik. Başqa favoritlər də var. Yavaş-yavaş öz hədəfimizə doğru gedəcəyik.

- İlk oyun günündə keçirilmiş matçları yəqin izləmisən. Hansı komanda sizi təəccübləndirə bilib?

Hələ ki hər şey öz yolu ilə gedir.

Xəbər xətti