"Xankəndi"nin baş məşqçisi: "Bu yolda çox əziyyət çəkdik"

10:15 - 23 May 2025

"Xankəndi" komandasının baş məşqçisi İbrahim Uzunca AFFA Region Liqasında 2024/2025-ci illər mövsümünün qalibi olmaları ilə bağlı AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, o, komandasının gələcək perspektivlərindən söz açıb: 

"Mövsümün əvvəlindən qarşımıza kuboku işğaldan azad olunan torpaqlara hədiyyə etmək hədəfini qoymuşduq. Bunu bacardığımız üçün çox xoşbəxtik. Bu yolda çox əziyyət çəkdik. İldən-ilə hədəflərimizi böyütmək istəyirik. Uğurlu çıxışı gələn mövsüm II Liqada da davam etdirmək üçün əlimizdən gələni edəcəyik. Təbii ki, bundan ötrü heyətimizi gücləndirməliyik".

Xəbər xətti