İsgəndərli oynadı, komandası Superliqaya yüksəlmək şansını itirdi

23:52 - 23 May 2025

Türkiyədə Superliqaya vəsiqə uğrunda cavab yarımfinal oyunu keçirilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" klubu növbəti dəfə "Bandırmaspor"a məğlub olub – 0:1 (ilk oyun – 1:4).

İskəndərli oyuna 72-ci dəqiqədə, hesab hələ açılmamışkən daxil olub.

Bu nəticə ilə "Boluspor" Superliqaya yüksəlmək şansını itirib.

Xəbər xətti