"Fənərbaxça" Avropada çempion oldu

23:24 - 25 May 2025

Avropa Basketbol Liqasının qalibinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Fransa təmsilçisi “Monako” ilə həlledici matçda "Fənərbaxça Beko” qarşılaşıb. İstanbul təmsilçisi rəqibini 81:70 hesabı ilə məğlub edərək çempion adına yiyələnib.

Qeyd edək ki, “sarı-lacivərdlilər” bu titulu tarixlərində ikinci dəfə qazanıblar.

Xəbər xətti