Minifutbol üzrə Azərbaycan milli komandası Bakıda keçirilən dünya çempionatının 3-cü turunda Mavritaniyaya qalib gələrək 1/8 finala yüksəlib.
Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Elşad Quliyev oyundan sonra açıqlamalar verib:
Bizə dəstək olan xalqımıza təşəkkür edirəm. Azarkeşlər sona qədər bizi dəstəklədilər. Bunun nəticəsində qələbə qazandıq. Çətin oyun idi. Səbrlə çalışdıq ki, rəqibin müdafiəsində boşluq tapaq. Sona yaxın qollar vura bildik. Komandami təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdik.
- Qrup mərhələsində ən çətin oyun hansı idi?
- Oyunlar getdikcə çətinləşir. Rəqiblər də bizi təhlil edir. Heç bir komanda açıq futbol oynamır. Hamısı oyunu müdafiədən qurur. Buna görə çox güc itiririk, ikiqat çətin olur.
Mirbağırağa
saytlarin hazirlanmasi