"Liverpul"un futbolçusu "Bavariya"ya keçə bilər

23:24 - 26 May 2025

Kodi Qakpo "Bavariya"ya keçə bilər.

Sportal.az xəbər verir ki, "Sky Sport"un məlumatına görə, Münhen klubu sol cinah hücumçusu mövqeyini gücləndirmək üçün variantlar axtarır və "Liverpul"un futbolçusuna maraq göstərir.

Niderlandlı hücumçu "Bavariya"nın maraq dairəsində olan futbolçular siyahısına daxildir. Bu siyahıda həmçinin "Milan"dan Rafael Leau və "Brayton"dan Kaoru Mitoma da var.

Qakponun Münhen klubunun idman direktoru Maks Eberl tərəfindən bəyənildiyi bildirilir. "Liverpul"un isə uyğun təklif daxil olacağı halda oyunçunu buraxmağa hazır olacağı qeyd olunur.

Premyer Liqanın ötən mövsümündə 26 yaşlı Qakpo 35 oyun keçirib, 10 qol və 4 asistlə yadda qalıb.

Xəbər xətti