"Mbappe və Vinisiusu birlikdə necə oynadacağım barədə artıq ideyalarım var"

22:21 - 26 May 2025

"Real"ın yeni baş məşqçisi Xabi Alonso artıq komanda ilə bağlı bir neçe planının olduğunu bildirib.

Sportal.az xəbər verir ki, ispan məşqçi Mbappe və Vinisius Junior barədə ideyalarının olduğunu da gizlətməyib:

"Əvvəlcə qeyd etməliyəm ki, belə səviyyəli futbolçuların komandamızda olması əsl nemətdir. Və söhbət yalnız Mbappedən və Vinisiusdan getmir, başqa yüksək səviyyəli oyunçularımız da var. Amma bu ikisi şübhəsiz ki, fərq yaradan futbolçulardır və biz onlardan maksimum nəticə əldə etməliyik. Çünki onlar özlərini tam verəndə, komanda daha çox qələbə qazanacaq. Bu da bizim istədiyimizdir.

Əlbəttə, onların birlikdə necə oynaması ilə bağlı ideyalarım var… Amma hələ görüşmək üçün vaxtımız var. Mən bu vaxtdan istifadə edərək üzərində işləyəcəyəm və əmin olacağam ki, oyunçular bu ideyanı qəbul edir.

Komandada məqsədlərimiz və onları necə əldə etməli olduğumuzla bağlı qarşılıqlı anlaşma və düzgün ünsiyyət çox vacibdir. Onlar ən yüksək səviyyəli oyunçulardır.

Bu açıqlamalarla Alonso "Real"ın yeni dövründə əsas ulduzlarını birlikdə effektiv oynatmaq üçün planlar qurduğunu və bu prosesi diqqətlə idarə edəcəyini bildirib.

Xəbər xətti