"Neftçi"nin futbolçusuna 4 oyunluq cəza verildi

16:14 - 27 May 2025

AFFA İntizam Komitəsinin iclası keçirilibş.

Sportal.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasının XXXVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

23.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXVI turun “Sabah-2” – “Neftçi-2” oyununun 90+3-cü dəqiqəsində “Sabah-2” komandasının analitiki Cəbrayıl Qəmbərov oyun zamanı meydançaya kənar əşya atdığına görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Sabah-2” komandası 350 manat cərimə edilsin (maddə 52.4);

23.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXVI turun “Sabah-2” – “Neftçi-2” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah-2” komandası 80 manat cərimə edilsin (maddə 51.2);

23.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXVI turun “Sabah-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Neftçi-2” komandası 70 manat cərimə edilsin (maddə 37);

23.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXVI turun “Sabah-2” – “Neftçi-2” oyununun 54-cü dəqiqəsində “Neftçi-2” komandasının 91 nömrəli futbolçusu Ağadadaş Salyanski təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Neftçi-2” komandası 300 manat cərimə edilsin (maddə 40.3);

25.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXVI turun “Qarabağ-2” – “Şamaxı-2” oyununun 90+1-ci dəqiqəsində “Qarabağ-2” komandasının 92 nömrəli futbolçusu Qurban Səfərov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Qarabağ-2” komandası 150 manat cərimə edilsin (maddə 39.1);

25.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXVI turun “Qarabağ-2” – “Şamaxı-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ-2” komandası 70 manat cərimə edilsin (maddə 37);

25.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXVI turun “Qarabağ-2” – “Şamaxı-2” oyununda “Şamaxı-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı-2” komandası 70 manat cərimə edilsin (maddə 37);

26.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXVI turun “Turan Tovuz-2” – “Kəpəz-2” oyununun matçöncəsi iclasında “Kəpəz-2” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz-2” komandası 80 manat cərimə edilsin (maddə 73.1).

Xəbər xətti