"Azərbaycanlı azarkeşlərin dəstəyi məni heyran etdi"

19:25 - 26 May 2025

Türkiyənin minifutbol milli komandasının baş məşqçisi Tuğ Durul Bakıda keçirilən dünya çempionatı ilə bağlı Sportal.az saytına açıqlama verib.

Qrup mərhələsinin son görüşündə İngiltərəyə 0:3 uduzaraq turnirdəki çıxışını başa vuran Türkiyənin çalışdırıcısı Azərbaycana azarkeşlik edəcəklərini bildirib:

"Təəssüf ki, bizim üçün dünya çempionatı qrup mərhələsində başa çatdı. Komandamız yeni və gələcəyə yönəldiyi üçün bunu sakit qəbul edirik. Azərbaycanlı azarkeşlərin dəstəyi məni heyran etdi. Biz bunu təkcə oyunlar zamanı deyil, hər yerdə hiss etdik. Həqiqətən isti münasibət gördük. Bakıda öz evimizdəki kimi idik. Çox təəssüf ki, azərbaycanlı azarkeşləri qələbə ilə sevindirə bilmədik. Sizin uğurunuz bizim uğurumuzdur, mən də sizin qələbənizi bizim kimi qeyd edəcəm".

Xəbər xətti