"İnter"in baş məşqçisi Simone İnzagi Səudiyyə Ərəbistanına yollana bilər.
Sportal.az xəbər verir ki, "Əlkl-Hilal" italyan mütəxəssisin xidmətində maraqlıdır. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Ərəblər İnzagiyə 2 illik müqavilə üçün 100 milyon avro maaş təklif edib. 49 yaşlı məşqçi qərarını PSJ ilə keçiriləcək Çempionlar Liqası finalından sonra verəcək.
Qeyd edək ki, Simone İnzagi 2021-ci ilin iyul ayında "İnter"in baş məşqçisi təyin olunub.
saytlarin hazirlanmasi