9 il sonra "Atalanta"nı tərk edir - bu klubla anlaşıb

20:55 - 27 May 2025

"Atalanta"nın baş məşqçisi Can Pyero Qasperini gələcəyi ilə bağlı vacib qərar verməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, italyan mütəxəssis komandadan ayrılacaq. Bu barədə yerli mətbuat məlumat yayıb.

Qasperini A Seriyasında başqa klubda çalışa bilər. "Roma" 67 yaşlı məşqçi ilə danışıq aparır. Artıq tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.

Qeyd edək ki, Can Pyero Qasperini 2016-cı ilin yayından "Atalanta"nı çalışdırır. Berqamo təmsilçisi bu mövsüm A Seriyasını 3-cü pillədə başa vurub.

Xəbər xətti