"Qarabağ"ın müdafiəçisi: "Qarşıdakı mövsüm yeni tarix yazmağa çalışacağıq"

12:48 - 27 May 2025

"Qarabağ"ın futbolçusu Toral Bayramov Sportal.az saytına açıqlama verib. O, "Şamaxı" ilə matçda qələbə qazanmaqlarını şərh edib:

"Bundan əvvəlki turda keçirdiyimiz oyundan sonra da demişdim ki, çempionluğu təmin etsək də, “Şamaxı” ilə görüşə ciddi hazırlaşacağıq. Çünki biz bütün oyunlara qalibiyyət üçün çıxırıq. Oyundan-oyuna artırmaq lazımdır. Bizim də məqsədlərimiz var. İstəyirik ki, onun üzərində işləyək, daha da yaxşı olaq. “Şamaxı”ya qarşı matç çətin oldu. Süni örtüklü meydança amili də var idi. Havanın isti olması bir az da çətinlik yaratdı. Amma şükürlər olsun ki, qələbə qazandıq. Qarşıda kubok oyunumuz var və ona hazırlaşacağıq. Ümumi mövsümü də yaxşı qiymətləndirərdim. Bu mövsüm yaxşı keçdi, maraqlı oyunlar çox oldu. Avropada bir az yaxşı təsir bağışlaya bilmədik. Amma Allah qoysa, üzümüzə gələn mövsümdə yeni tarix yazmağa çalışacağıq. Hamımız bunun üçün sona qədər çalışacağıq".

Bayramov mayın 31-də keçiriləcək ölkə kubokunun final görüşü haqda da fikirlərini söyləyib. O, "Sabah"a qarşı keçiriləcək matçla bağlı bunları deyib:"Qələbə qazanmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Finalda yaxşı oyun və qələbə ilə azarkeşlərimizi sevindirmək haqda düşünürük. Amma təbii ki, çətin oyun olacaq. Hazırlaşacağıq. Sona qədər də mübarizəmizi aparacağıq ki, fanatlarımıza sevinc bəxş edək".

Xəbər xətti