"Qarabağ"ın qapıçısı Polşa millisinə çağırıldı

19:59 - 27 May 2025

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski Polşa milli komandasına dəvət alıb.

Sportal.az xəbər verir ki, bu barədə Polşa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Baş məşqçi Mixal Probyer 27 nəfərlik heyətə Azərbaycan çempionunun qolkiperini də daxil edib.

Qeyd edək ki, Polşa yığması 6 iyun tarixində evdə Moldova seçməsi ilə yoldaşlıq oyunu keçirəcək. Polyaklar 4 gün sonra isə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində  Helsinkidə Finlandiyanın qonağı olacaq.

Xəbər xətti