“Kəpəz” Azərbaycan çempionatlarında 40-cı böyükhesablı səfər məğlubiyyətini alıb.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXVI turuna təsadüf edib. Gəncə təmsilçisi “Turan Tovuz”la Qərb derbisində 4 cavabsız qol buraxıb. “Kəpəz” bunadək 39 dəfə rəqib meydanında 3 və ya daha çox top fərqi ilə uduzmuşdu.
İlk belə məğlubiyyət 1995/96 mövsümündə yaşanıb. 1995-ci il sentyabrın 10-da “Qarabağ”la görüşdə 0:3 hesablı yenilgi qeydə alınıb.
“Kəpəz” səfərdəki böyükhesablı nəticə sayında antirekordçudur. “Turan” 36, “Şahdağ” (Qusar) 35, “Qəbələ” 32 belə məğlubiyyət alıb.
saytlarin hazirlanmasi