"Napoli" ilə İtaliya A Seriyasının qalibi olan Antonio Konte postunu tərk etməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, 55 yaşlı baş məşqçi ilə klub rəhbərliyi arasında fikir ayrılığı yaşanır. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Neapol təmsilçisinin yaxın günlərdə italyan mütəxəssislə yollarını ayıracağı gözlənilir.
Rəhbərlik baş məşqçi postuna son olaraq "Yuventus"da çalışmış Massimiliano Alleqrini gətirmək istəyir.
Qeyd edək ki, Antonio Konte mövsümün əvvəlində "Napoli"nin baş məşqçisi təyin olunub. Onun rəhbərlik etdiyi kollektiv "İnter"i 2 xal qabaqlayaraq İtaliya çempionu olub.
saytlarin hazirlanmasi