"Bayer"dən ayrılmağa hazırlaşan Florian Virtsin yeni klubu müəyyənləşmək üzrədir.
Sportal.az xəbər verir ki, alman hücumameyilli yarımmüdafiəçi "Liverpul"a keçməyə yaxındır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Bayer" İngiltərə klubunun 100 milyon avro və bonuslar daxil olan təklifini qəbul edib. Almaniya millisinin üzvü olan 22 yaşlı futbolçu özü də "Liverpul"da oynamaq istəyir.
Qeyd edək ki, Florian Virts başa çatan mövsümdə "Bayer"in heyətində meydana çıxdığı 45 ooyunda 16 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi