Luis Suares və Lionel Messi futbol klubu yaradıblar.
Sportal.az xəbər verir ki, yeni klubun adı “Deportivo LSM” olub, bu ad "İnter Mayami" klubunun futbolçularının (Luis Suares, Messi) adlarının baş hərflərindən təşkil olunub. Komanda Uruqvayın dördüncü liqasından çıxışlarına başlayacaq.
Klubun yaradılması barədə Suares şəxsi Twitter səhifəsində video paylaşaraq məlumat verib. Həmin videoda o və Messi layihə haqqında danışırlar.
Luis Suares:
“Mən sevdiyim və uşaqlıqda yetişdiyim Uruqvay futboluna, gənclərə və uşaqlara inkişaf etmələri üçün imkanlar və vasitələr təqdim etmək istəyirəm. Buna görə də biz AUF (Uruqvay Futbol Assosiasiyası) çərçivəsində çıxış etməyə başlamaq istəyirik. Bu, mənim və ailəm üçün önəmli addımdır və inandığımız bir layihənin başlanğıcıdır.”
Lionel Messi:
“Uşaqlıqdan çox şeyi birlikdə yaşadıq, futbolun elitasında təcrübə qazandıq. Bu səbəbdən bu gün sizə dostumu və tərəfdaşımı təqdim etmək istəyirəm. Bu layihə, futbol baxışlarımızı paylaşmağa davam etmək üçün ideal bir məkandır.”
Bu klubun məqsədi Uruqvay futboluna töhfə vermək, gənc istedadların inkişafı üçün platforma yaratmaqdır.
saytlarin hazirlanmasi