Bu klub Azərbaycan Birinci Liqasında mübarizə aparacaq

18:46 - 28 May 2025

Azərbaycan Birinci Liqasına vəsiqə uğrunda "Difai" və "Hypers Guba" klubları arasında pley-off matçı keçirilib. 

Sportal.az xəbər verir ki, "ASCO Arena"da baş tutmuş görüşdə İkinci Liqa təmsilçisi "Hypers Guba" rəqibi ilə bacarmayıb.

"Difai" inamlı qələbə qazanaraq Birinci Liqadakı yerini qoruyub. 

Azərbaycan Birinci Liqası uğrunda pley-off oyunu

"Difai" - "Hypers Guba" 3:1
Qollar: Xəyal Bədirov, 6, Ceyhun Muxtarlı, 51, Fərid Kərimzadə, 88 - İlqar Ələkbərov, 90+3

Baş hakim: Elşin Məsiyev
Yan xətt hakimləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Tural Qurbanov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Xəbər xətti