İcarə əsasında "Qalatasaray"da çıxış edən Viktor Osimhen Səudiyyə Ərəbistanına yollana bilər.
Sportal.az xəbər verir ki, "Əl-Hilal" nigeriyalı forvardı transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Ərəblər Osimhenə 3 illik müqavilə üçün 120 milyon avro maaş təklif edib. 26 yaşlı hücumçu hələ ki qərarını verməyib.
Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 40 rəsmi matçda 36 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi