"Arsenal" İspaniya millisinin üzvünü transfer edir

17:36 - 28 May 2025

"Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendi İngiltərə Premyer Liqasında çıxış etməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Arsenal" ispaniyalı futbolçunun keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə BBC televiziyası məlumat yayıb.

Klubu Subimendiyə "Arsenal" üçün tibbi müayinədən keçməyə icazə verib. London klubu 26 yaşlı dayaq yarıımmüdafiəçisi üçün 60 milyon avroluq sərbəstqalma məbləğini ödəyəcək.

Qeyd edək ki, Martin Subimendi "Real Sosyedad"ın yeetirməsidir. İspaniya millisi iləə Avro-2024-ün qallibi olmuş oyunçu başa çatmış mövsümdə La Liqa təmsilçisinin heyətində  meydana çıxdığı 48 rəsmi mmatçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti