Mövsümün ən böyük məyusluq doğuran transferləri - TOP-10

00:35 - 29 May 2025

"Goal" idman portalı Avropada 2024/25 mövsümünün ən böyük məyusluq doğuran transferlərini açıqlayıb.

Sportal.az xəbər verir ki, siyahıda gözləntiləri doğrultmayan 20 transfer yer alıb. Birinci yeri Joao Feliksin “Atletiko”dan “Çelsi”yə 46 milyon funt-sterlinqə keçidi tutub.

TOP-10 belədir:

1. Joao Feliks – “Atletiko”dan “Çelsi”yə, 46 milyon funt

2. Rahim Sterlinq – “Çelsi”dən “Arsenal”a, icarə

3. Joao Palinya – “Fulhem”dən “Bavariya”ya, 47 milyon funt

4. Yussufa Moukoko – “Borussiya Dortmund”dan “Nitsa”ya, icarə

5. Joao Feliks – “Çelsi”dən “Milan”a, icarə

6. Federiko Kyeza – “Yuventus”dan “Liverpul”a, 12,5 milyon funt

7. Endrik – “Palmeyras”dan “Real Madrid”ə, 50 milyon funt

8. Eliee Vai – “Marsel”dən “Ayntraxt”a, 24 milyon funt

9. Eliee Vai – “Lans”dan “Marsel”ə, 25 milyon funt

10. Coşua Zirkze – “Bolonya”dan “Mançester Yunayted”ə, 36,5 milyon funt

Bu transferlər ya yüksək məbləğə başa gəlib, ya da futbolçuların performansı klubların və azarkeşlərin gözləntilərini qarşılamayıb. Joao Feliksin iki fərqli klubla siyahının həm 1-ci, həm də 5-ci pilləsində yer alması xüsusilə diqqət çəkir.

Xəbər xətti