Minifutbol üzrə dünya çempionatı: 1/4 finalın bütün cütləri müəyyənləşdi

23:54 - 28 May 2025

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.

Sportal.az xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında baş tutan qarşılaşmalarda daha 4 komanda 1/4 finala vəsiqə qazanıb.

Monteneqro Polşa üzərində qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Bosniya və Herseqovina isə Tailandla matçda qalib gələrək növbəti mərhələyə yüksəlib. İsrail Çexiyaya böyük hesabla uduzub - 0:4. 1/8 final mərhələsinin son matçında Gürcüstan millisi Serbiyaya 3:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmalı olub.

Dünya çempionatı

1/4 final

29 may

17:30. Macarıstan - Mavritaniya
19:00. Monteneqro - Çexiya
20:30. İngiltərə - Azərbaycan
22:00. Bosniya və Herseqovina - Serbiya

Xəbər xətti