Konfrans Liqasında ən yaxşı oyunçu və rəmzi yığma açıqlandı

22:37 - 29 May 2025

İsko Konfrans Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib.

Sportal.az xəbər verir ki, turnirin finalında "Çelsi"yə 1:4 hesabı ilə uduzan "Betis"in yarımmüdafiəçisi başa çatan Konfrans Liqası mövsümünün ən yaxşı futbolçusu elan edilib. İsko turnirdə 9 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

UEFA həmçinin mövsümün rəmzi yığmasını da açıqlayıb:

Qapıçı:

Filip Yorgensen ("Çelsi")

Müdafiəçilər:

Natan ("Betis")

Yussuf Sabali ("Betis")

Robin Qozens ("Fiorentina")

Tosin Adarabioyo ("Çelsi")

Yarımmüdafiəçilər:

Enzo Fernandes ("Çelsi")

İsko ("Betis")

Svit Seşlar ("Çele")

Hücumçular:

Tokmak Ngen ("Yurqorden")

Afimiko Pululu ("Yagelloniya")

Koul Palmer ("Çelsi")

Xəbər xətti