Minifutbol üzrə dünya çempionatı: yarımfinal cütləri müəyyənləşdi

23:44 - 29 May 2025

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin cütləri müəyyənləşib.

Sportal.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan 1/4 final mərhələsi çərçivəsində Macarıstan Mavritaniyanı, Monteneqro Çexiyanı 1:0 hesabı ilə məğlub edib. Azərbaycan İngiltərədən (2:1), Serbiya isə Bosniya və Herseqovinadan (5:0) üstün olub.

Yarımfinal mərhələsinin oyunları sabah baş tutacaq:

20:00 Azərbaycan – Monteneqro
Macarıstan – Serbiya

Xəbər xətti