Henderson sabiq klubuna qayıdır

16:59 - 28 May 2025

"Ayaks"ın yarımmüdafiəçisi Cordan Henderson İngiltərəyə qayıda bilər.

Sportal.az xəbər verir ki, Premyer Liqaya vəsiqə qazanan "Sanderlend" ingilis futbolçunu transfer etmək istəyir. Bu barədə "Talk Sport" məllumat yayıb.

Henderson özü də yetirməssi olduğu kluba qayıtmağa isti yanaşır. "Sanderlend" 34 yaşlı dayaq yarımmüdafiəçisi üçün onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Cordan Henderson ötən ilin yanvar ayından "Ayaks"da çıxış edir.İngiltərə millisinin üzvü bu mövsüm Amsterdam təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 1  qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti