“Qarabağ”la “Sabah” kubokun finalında ilk dəfə üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, əvvəlki 30 finalda 23 fərqli cüt qarşılaşıb. Mayın 31-də qarşılaşacaq cütlük finallar tarixində 24-cü olacaq.
Əvvəlki 23 cütdən biri 3, beşi 2, digərləri bir dəfə qarşılaşıb. Rekord “Neftçi” ilə “Qarabağ”a məxsusdur. Üç dəfə baş tutan cütün duellərində bakılılar 1995/96 (3:0), ağdamlılar 2014/15 (3:1) və 2015/16 (1:0) mövsümlərində qalib gəlib.
Dörd cütdə isə eyni komanda hər iki matçda qələbəyə sevinib. “Neftçi” “Şəmkir”i 1998/99 (0:0, pen.5:3) və 2003/04 (1:0, əlavə vaxtda), “Kəpəz” “Qarabağ”ı 1997/98 (2:0) və 1999/2000 (2:1), “Xəzər Lənkəran” “İnter”i 2007/08 (2:0, əlavə, vaxtda) və 2010/11 (1:1, pen.4:2), “Qarabağ” “Zirə”ni 2021/22 (1:1, pen. 4:3) və 2023/24 (2:1) mövsümlərində üstələyib. “Neftçi” ilə “Qəbələ”nin finallarında isə hər komanda bir dəfə qalib gəlib. 2013/14 mövsümündə bakılılar (1:1, p.3:2), 2022/23 mövsümündə isə qəbələlilər (1:0, əlavə vaxtda) kuboka sahib çıxıblar.
saytlarin hazirlanmasi