Bundesliqada mövsümün ən yaxşı oyunçusu bəlli oldu

00:13 - 29 May 2025

Florian Virtz Almaniya Bundesliqasında mövsümün ən yaxşı oyunçusu seçilib.

Sportal.az xəbər verir ki, "Bayer"in yarımmüdafiəçisi Peşəkar Futbolçular İttifaqı tərəfindən təqdim olunan "Gümüş buts" mükafatına layiq görülüb. O, keçirilən səsvermədə 29,1% səslə birinci olub.

İkinci yeri "Bavariya"nın hücumçusu Harri Keyn (20%), üçüncü yeri isə Münhen klubunun digər oyunçusu Maykl Olise (17%) tutub.

Florian Virtz bu mükafatı ardıcıl ikinci dəfə qazanıb. Bundesliqa 2024/25 mövsümündə o, 31 oyunda iştirak edib, 10 qol vurub və 12 qol ötürməsi edib.

Xəbər xətti