Adil Şükürov yenidən "Kəpəz"də? – özü açıqladı

13:48 - 28 May 2025

Azər Bağırovun gedişindən sonra “Kəpəz” baş məşqçi axtarışlarını davam etdirir. Gəncə təmsilçisinin baş məşqçi postuna namizədlər arasında Adil Şükürovun da adı var. 

Sportal.az saytına açıqlama verən 47 yaşlı mütəxəssis haqqında çıxan xəbərlər barədə bunları deyib:

"Yazılanları mən də oxuyuram. Həmin xəbərlərə mən də, sadəcə yazı olaraq baxıram. Doğrudur, biz məşqçiyik və məşqçi olaraq da, istəyərdik ki, öz sahəmiz üzrə çalışaq. Lakin yazıldığı kimi heç bir komanda ilə müqavilə imzalamamışam. Ancaq təklif olsa, müzakirə etmək mümkündür. Xeyirlisi olsun".

Qeyd edək ki, Adil Şükürov 2023/2024 mövsümündə "Kəpəz"i çalışdırıb.

Xəbər xətti