"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Azərbaycan Kubokunun "Sabah"la keçiriləcək final matçından öncə keçirilən mətbuatı konfransında iştiirakk edib.
Sportal.az xəbər verir ki, 28 yaşlı müdafiəçi yaxşı komandaya qarşı oynayacaqlarını bildirib:
"Bayram münasibətilə hamını təbrik edirəm. Bizə qarşı çox yaxşı təşkilatlanmış "Sabah" görəcəyik. Avropa Liqasına getmək və ilk titul baxımından vacib oyundur onlar üçün. Biz də titullarımızın sayını artırmaq istəyirik. Fikirləşirəm ki, çox yaxşı final görüşünə çıxacağıq".
Qeyd edək ki, "Qarabağ" - "Sabah" qarşılaşması 31 may tarixində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da start götürəcək.
saytlarin hazirlanmasi