"Şəfa"dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

14:18 - 28 May 2025

Yeni mövsümdən Birinci Liqada mübarizə aparacaq "Şəfa" heyətini gücləndirməyə davam edir. 

Sportal.az saytına verilən məlumata görə, paytaxt təmsilçisi milli komandamıza da dəvət edilmiş Əlirza Müştəbəzadə ilə 3 illik müqavilə imzalayıb. 

Onunla yanaşı, daha 5 nəfər heyətə cəlb edilib. Pərviz Azadov "Şimal"dan, Hüseyn Mürsəlov "Baku Sportinq"dən, Nihad Quliyev "Səbail"dan, Ədilxan Qarəhmədov isə "Şahdağ Qusar"dan komandaya cəlb olunub. 

Qeyd edək ki, başa çatan mövsümdə "Şəfa" II Liqada 2-ci yeri tutaraq yeni mövsümdən Birinci Liqada oynamağa haqq qazanıb.
 

Xəbər xətti