Azərbaycan Kubokunun finalına 5000-dən çox bilet satılıb.
Sportal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məəlumat yayıb.
Biletləri iTicket.az saytı və satış məntəqələrindən (Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayı, Köşk №1 (M.Rəsulzadə 3., Bakı), Köşk №2 (Bülbül pr. Nizami küç, Bakı), 1 saylı "ASAN xidmət”, 2 saylı "ASAN xidmət”, 3 saylı "ASAN xidmət", 4 saylı "ASAN xidmət” və 1 saylı Sumqayıt "ASAN xidmət" mərkəzlərindən) əldə edə bilərsiniz. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun kassalarında isə bilet satışı oyun günü həyata keçiriləcək. Biletlərin qiymətləri yerlərdən asılı olaraq 3, 5, 10, 15, 20, 30 və 50 ("VIP Lounge") manatdır.
Qeyd edək ki, Azərbaycan Kubokunun finalında "Qarabağ"la "Sabah" üz-üzə gələcək. Qarşılaşma mayın 31-də saat 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi